Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərini, startapları və biznesə başlamaq istəyən şəxsləri iyun ayında keçiriləcək ödənişsiz təlimlərdə fəal iştiraka dəvət edir.
KOBİA-dan bildirilib ki, peşəkar təlimçi-ekspertlər tərəfindən keçirilən təlimlər biznes fəaliyyəti ilə bağlı zəruri mövzuları əhatə etməklə yerində və onlayn formatda təşkil olunur. Sahibkarlar və biznesə başlamaq istəyənlər ehtiyacları olan təlimlər üçün KOBİA-nın Bakı, Sumqayıt, Xaçmaz, Yevlax və Şəki şəhərlərində yerləşən KOB inkişaf mərkəzlərinə (KOBİM) müraciət edə bilərlər.
İyun ayında keçiriləcək təlimlər barədə ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsindən (https://bit.ly/3yekQAW) və ya KOBİM-lərin vahid internet saytından - www.kobim.az əldə etmək olar.
Qeyd edək ki, may ayında KOBİM-lər tərəfindən minə yaxın sahibkarlıq subyektinin və biznesə başlamaq istəyən şəxslərin iştirakı ilə 100-dən çox təlim keçirilib.