Beş ayda əsas kapitala 4,9 milyard manat yönəldilib

2021.06.11 11:34 (UTC+04:00)

Yanvar-may aylarında əsas kapitala 4 milyard 907 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,1 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 7,9 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 3 milyard 392,2 milyon manatı və ya 69,1 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 143,2 milyon manatı (23,3 faizi) xidmət sahələrinə, 371,6 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.