Mayda qlobal neft tədarükü artıb

2021.06.10 18:16 (UTC+04:00)

Cari ilin may ayında qlobal neft tədarükü aprellə müqayisədə 630 min barel artaraq gündəlik orta hesabla 93 milyon 670 min barel olub.

Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.

Bildirilir ki, ötən ay qeyri-OPEC ölkələrinin neft istehsalı da 240 min barel çoxalaraq sutkada orta hesabla 68 milyon 210 min barel təşkil edib.