Yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 967,2 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu göstərici 2020-ci ilin eyni ayları ilə müqayisədə 2,2 faiz çoxdur.
Beş ayda alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6,4 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.