Ukraynada vergi daxilolmalarının həcmi artıb

2019.03.11 12:23 (UTC+04:00)

Bu ilin ilk iki ayı ərzində Ukraynanın Dövlət Fiskal Xidməti (DFX) təxminən 130 milyard qrivna (100 qrivna = 6,3 manat) məbləğində vergi yığıb ki, bu da bir il əvvəlki göstəricidən 8 faiz artıqdır. DFX-nin məlumatına əsasən, fevralda dövlət büdcəsinin ümumi fonduna 67,7 milyard qrivna vəsait daxil olub ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz və ya 7,4 milyard qrivna çoxdur. Fevral ayında dövlət büdcəsinə daxil olan vəsaitlərdə vergi ödəmələrinin payı isə 42,1 milyard qrivna - keçənilki göstəricidən 17,6 faiz və ya 6,3 milyard qrivna çox olub. Gömrük ödəmələri ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 4 faiz artıq – 25,6 milyard qrivna təşkil edib.