İri ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilir

2021.06.10 10:32 (UTC+04:00)

Bu gündən etibarən iri ticarət mərkəzləri, "Mall"lar fəaliyyətə başlayır.

Bununla bağlı mayın 26-da Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 10 iyun saat 00:00-dan iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti bərpa edilir.

Xatırladaq ki, "Mall”ların fəaliyyəti 2020-ci il martın 23-dən dayandırılıb.