ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı müzakirə olunub

2021.06.09 18:26 (UTC+04:00)

ABŞ şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı məsələləri müzakirə edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Bu gün ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Filip Riker və həmkarları ilə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya yatırması və işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələlərini müzakirə etdik”, - deyə nazir bildirib.