5-ci Transxəzər Forumu işə başlayıb

2021.06.09 17:56 (UTC+04:00)

Xəzər Siyasət Mərkəzinin təşəbbüsü ilə (Caspian Policy Center) 5-ci İllik Transxəzər Forumu işə başlayıb. Forumda ABŞ Dövlət Departamenti, Ağ Ev, USAID, BP, həmçinin yerli və regional ekspertləri bir araya gəlib.

İki gün davam edəcək forumun keçirilməsində məqsəd ABŞ və Transxəzər ölkələri arasındakı strateji tərəfdaşlıq münasibətləri ilə əlaqədar imkanları və problemləri müzakirə etməkdir.

Bir illik gərgin beynəlxalq əlaqələrin nəticəsi kimi, Transxəzər Ticarət və Tranzit Dəhlizinin Şərqlə Qərbin qovşağındakı mövqeyi həmişə olduğu kimi, indi də çox vacib olduğu vurğulanıb. Sağ tərəfində Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, sol tərəfində Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstan olan Transxəzər dəhlizi, Avropa Birliyi, Çin, Hindistan və Orta Şərq bazarlarını birləşdirən enerji baxımından zəngin quru yolu olduğu qeyd edilib.

Forumda siyasət və biznes sahələrindən olan liderlərin, regionun pandemiyadan sonrakı bərpa yolunu, yüklərin müxtəlif coğrafi landşaftlar boyunca daşınması üçün ehtiyac duyulan sərt və yumşaq infrastrukturun inkişafına dair öhdəliyi və bu kimi layihələri asanlaşdırmaq üçün beynəlxalq investisiyaların cəlb olunmasını müzakirə edəcəklər.