Beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması müzakirə edilib

2021.06.09 12:58 (UTC+04:00)

Beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayevlə görüşümüzdə beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, rəqəmsallaşmanın tətbiqi ilə daşımaların effektivliyinin yüksəldilməsi və əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik”, - deyə nazir qeyd edib.