Ukrayna prezidenti sənayeyə yeni “yaşıl vergi” tətbiqinin anonsunu verib

2021.06.09 13:43 (UTC+04:00)

Prezident Vladimir Zelenski ölkə sənayesi üçün ətraf mühitin mühafizəsi ilə bağlı yeni “yaşıl vergi”nin tətbiqini nəzərdə tutan sənədlərin parlamentdə qəbul ediləcəyini bildirib. Hökumət Bu verginin tətbiqi sayəsində ölkədəki ekoloji məsələlərin həlli üçün əlavə vəsait əldə etməyi planlaşdırır.

“Parlament dəmir filizi və bu qəbildən olan məhsullar daxil olmaqla müxtəlif məhsullar üçün vergiləri əhatə edən mürəkkəb bir qanun qəbul etməlidir. Bunların arasında mühüm bir vergi də vardır: karbon qazı tullantıları üçün vergi”, - V.Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Ukraynada şirkətlər tullantılarla bağlı Avropa normalarına keçmədiklərinə görə əlverişsiz ekoloji vəziyyət yaranıb. Prezident qeyd edib ki, iri metallurgiya və digər sənaye müəssisələrinin cəmləşdiriyi Mariupol havanın çirklənməsinə görə ölkədə birinci yeri tutur.