Türkiyədə xurma üçün idxal vergisinin dərəcəsi artırılıb

2021.06.14 13:36 (UTC+04:00)

“Rəsmi qəzet”də nəşr edilərək qüvvəyə minmiş prezident sərəncamına əsasən, ölkəyə xaricdən gətirilən xurma üçün tətbiq olunan gömrük vergisinin dərəcəsi 15 faizdən 25 faizə qaldırılıb.

Bu qərar qüvvəyə minməzdən əvvəl Türkiyəyə gətirilmək üçün daşıma sənədi tərtib edilərək nəqliyyat vasitəsinə yüklənmiş məhsul üçün gömrük bəyannaməsi qərar qüvvəyə mindiyi tarixdən ən gec 30 gün ərzində rəsmiləşdirildiyi halda, həmin məhsula gömrük vergisinin əvvəlki dərəcəsi tətbiq olunacaq.