Azərbaycan iqtisadiyyatının inamlı bərpası sürətlə davam edir.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, 2021-ci ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4 faiz artaraq 908 milyon dollar təşkil edib. Cari ilin ilk 5 ayında ümumi ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz artıb.