Problemli kreditlərin həllinə həsr olunmuş "Video icmal"

2019.03.07 18:38 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Video icmal"ında problemli kreditlərin həlli ilə bağlı məsələlər öz əksini tapıb.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə fərman imzalayıb. Fərmana əsasən, kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla), habelə Əmanətlərin Sığortalanması Fondunun ləğvedici kimi təyin edildiyi ləğvetmə prosesində olan banklarla fiziki şəxslər arasında bağlanmış müqaviləyə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Video icmal"ında fərmanın əsas məqamları vizual olaraq izah edilib.