İyunun 10-da Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanəti Fondu” ASC-nin (İKZF) ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən bildirilib ki, emissiyanın məbləği 50 min manat, nominal qiyməti 1000 manat, hərrac qiyməti 1000 manat, faiz dərəcəsi 3 faiz, tədavül müddəti 27 ildir. “İnvest-AZ İ.Ş” QSC anderrayter vəzifəsində çıxış edir.
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.
İKZF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib. BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.