Avropa Yenidənqurma və İnkişaf Bankının işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı müzakirə olunub

2021.06.08 12:35 (UTC+04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı məsələləri müzakirə olunub.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə regional direktoru xanım Katarina Byorlin Hansen və həmkarları ilə görüşümüzdə özəl sektorun inkişafı, Gəncə Yaşıl Şəhər Proqramı çərçivəsində icra olunacaq layihələr və Bankın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələləri barədə fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.