İndoneziya ilə Avstraliya arasında iqtisadi tərəfdaşlıq sazişi imzalanıb

2019.03.07 19:17 (UTC+04:00)

Doqquz il davam edən danışıqlar nəticəsində imzalanmış sazişlə əlaqədar İndoneziyanın ticarət naziri Lukita açıqlama verərək bildirib ki, bu sənədin hər iki ölkənin iqtisadiyyatını köklü şəkildə dəyişdirimək potensialı var. İdxal və ixracatdan əlavə, investisiyaları da artıracağı gözlənilən saziş çərçivəsində Avstraliya İndoneziyadan idxal edilən mallara gömrük vergisini tamamilə, İndoneziya isə Avstraliyaya tətbiq etdiyi gömrük vergilərini mərhələli şəkildə 94 faiz ləğv edəcək.

İndoneziya-Avstraliya arasında gömrük vergiləri tətbiq edilən sektorların siyahısında avtomobil, ərzaq, tekstil və mebel sənayesi öndə gedir. Sazişin tələblərinə görə mədən, səhiyyə, telekommunikasiya və enerji kimi müxtəlif sahələrdə də Avstraliya şirkətlərinə İndoneziyadakı sərmayələrin əksəriyyətinə sahib olmaq hüququ veriləcək. Qeyd edək ki, keçən il qarşlıqlı ticarətin həcmi 8,6 milyard ABŞ dollarına çatan iki ölkə arasında 2010-cu ildə "İndoneziya-Avstraliya əhatəli iqtisadi tərəfdaşlıq sazişi" çərçivəsində sərbəst ticarət sazişinin imzalanmasını nəzərdə tutan müzakirələrə başlamaq üçün razılaşma əldə edilmişdi.