İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 34 min 113 ipoteka krediti verilib

2021.06.07 15:20 (UTC+04:00)

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 34 min 113 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 817 milyon 403,9 min manatdan çoxdur.