“Fiziki şəxslərin fəaliyyətinin onlayn dayandırılması ərizəsi”nə dair videotəlimat hazırlanıb

2021.06.07 11:20 (UTC+04:00)

Dövlət Vergi Xidməti vergi ödəyicilərinə təqdim olunan elektron xidmətlərin təşviqi məqsədilə daha bir videotəlimat hazırlayıb.

Bu barədə Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən bildirilib.

“Fiziki (hüquqi) şəxslərin fəaliyyətinin onlayn dayandırılması ərizəsi”nin tərtib olunması və göndərilməsi qaydası” adlı videotəlimat ərizənin onlayn tərtib olunması və göndərilməsi prosesini izah edir.