Respublikada arpa biçini davam edir. İyulun 5-nə olan operativ məlumata görə, artıq 61613 hektar sahədə biçin başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, sahələrdən 176836 ton məhsul yığılıb. Hazırda arpa üzrə orta məhsuldarlıq 28,8 sentner təşkil edir.
Bəzi rayonlarda arpa biçini ilə paralel olaraq buğda biçininə də başlanılıb. Şamaxı, Cəlilabad və Göyçayda ümumilikdə 918 hektar sahədə buğda biçilib. Buğda üzrə kütləvi biçin arpa biçini yekunlaşmaqda olduğu ərəfədə başlayacaq.
Azərbaycanın 37 rayonunda gedən biçin prosesinə ümumilikdə 1224 kombayn cəlb olunub. Bunlardan 419 kombayn “Aqroservis” ASC-nin rayon bölmələrində olan kombaynlardır. “Aqroservis” ASC tərəfindən biçin zonasına digər rayonlardan 189 kombayn dislokasiya edilib. Taxıl biçinində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 616 kombayn da iştirak edir. İndiyədək “Aqroservis” ASC-nin kombaynları tərəfindən 35188 hektar, fiziki və hüquqi şəxsləri kombaynları tərəfindən isə 26425 hektar sahədə biçin aparılıb.
Azərbaycanda taxılın kütləvi biçini iyunun ikinci ongünlüyündə başlayacaq.