“Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin bərpa ərizəsi” ilə bağlı videotəlimat hazırlanıb

2021.06.04 18:53 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin məlumatlandırılması və vergi orqanları tərəfindən təqdim edilən elektron xidmətlərin təşviqi istiqamətində tədbirləri davam etdirir.

Xidmət tərəfindən “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin bərpa ərizəsi”nin onlayn tərtib olunması və göndərilməsi qaydası” adlı videotəlimat hazırlanıb. Elektron təlimatda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin bərpa ərizəsinin onlayn tərtib olunması və göndərilməsi prosesi ətraflı izah olunur.