İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-may ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 114,18 faiz əməl edib.
Bu barədə DGK sədri Səfər Mehdiyev deyib.
Komitə sədri bildirib ki, nəzərdə tutulan proqnozdan əlavə 206,34 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.