Koronavirus pandemiyasının təsirinə məruz qalan iqtisadi fəaliyyətlərə dəstək göstərilməsi məqsədilə bir sıra xidmət sahələtində əlavə dəyər vergisi (ƏDV) güzəştinin mayın sonuna qədər qüvvədə olan müddəti ölkə prezidentinin sərəncamı ilə 2021-ci iyulun 31-dək uzadılıb.
Vergi güzəştinin əhatə etdiyi sahələr bunlardır:
- sərnişindaşıma;
- ictimai iaşə;
- mədəniyyət fəaliyyətləri;
- kino və teatr, opera, operetta, balet, muzey biletlərinin qiymətləri;
- konqres, konfrans, yarmarka və lunaprk biletlərinin qiymətləri;
- toy, nikah, bal və kokteyl salonlarında göstərilən təşkilati xidmətlər;
- bərbər xidmətləri;
- kimyəvi təmizləmə, camaşırxana və ütüləmə xidmətləri;
- xalça və kilim yumaq xidmətləri.