“Brent” neftinin qiyməti 71 dolları ötüb

2021.06.03 11:12 (UTC+04:00)

Dünya birjalarında neft qiymətləri bahalaşır.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,48 dollar artaraq 71,83 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,43 dollar bahalaşaraq 69,26 dollar olub.