Dövlət Vergi Xidməti maarifləndirmə işininin təkmilləşdirilməsi və elektron xidmətlərin təşviqi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə vergi orqanları tərəfindən təqdim edilən xidmətlər barədə məlumatlandırma üçün “Bankda hesabın açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə”nin onlayn tərtib olunması və göndərilməsi qaydası adlı videotəlimat hazırlanıb. Elektron təlimatda bankda hesabın açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə nin onlayn tərtib olunması və göndərilməsi prosesi izah olunur. Videotəlimatı izləməyə aşağıdakı keçiddən daxil olmaq olar.