Beynəlxalq yarış və müsabiqələrdə mükafatlardan vergilər tutulurmu?

2021.06.03 10:41 (UTC+04:00)

Vergi Məcəlləsinə əsasən, beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyərinin 4000 manatadək, respublika, şəhər və rayon yarışlarında və müsabiqələrində isə 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Dövlət Vergi Xidmətindən bildirilib ki, eyni zamanda, yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti çıxılmaqla qalan məbləğdən (Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.

Qeyd olunanlara əsasən, keçirilən müsabiqədən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) gəlir vergisindən azad olunan hissə çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.