Qlobal enerji sektoruna investisiyalar bu il təxminən 5 faiz artaraq 820 milyard dolları ötməklə tarixi rekord həddə çatacaq.
Bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.
Bildirilir ki, cari ildə qlobal investisiyalar 2020-ci ildəki 326 milyard dollara nisbətən 351 milyard dollara çatacaq. Orta və yaxınmüddətli investisiyaların keçənilki 197 milyard dollar səviyyəsindən 252 milyard dollara yüksələcəyi, kömür investisiyalarının isə 91 milyard dollar səviyyəsində qalacağı gözlənilir.
Şirkətlərin 2020-ci ildəki şokdan maddi cəhətdən xilas olması səbəbindən bu il neft və təbii qaz investisiyalarının da 10 faiz artacağı nəzərdə tutulur. Lakin xərclər hələ də böhrandan əvvəlki səviyyədən çox aşağıdır.