İqtisadiyyat və təhsil sahələri ilə bağlı müzakirələr aparılıb

2021.06.02 12:25 (UTC+04:00)

İnnovativ iqtisadiyyatın qurulması təhsil sistemi ilə birbaşa bağlıdır. Təhsil naziri Emin Əmrullayevlə iqtisadiyyat və təhsil sahələri arasında inteqrasiyanın dərinləşdirilməsi barədə fikir mübadiləsi apardıq.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, Azərbaycanın ali təhsil müəssisələri, peşə məktəbləri, litseylər və məktəbləri, uşaq bağçaları innovativ iqtisadiyyata keçid üçün alternativsiz bazadır.