Nağdsız ödənişlərin həcmi artıb

2021.06.02 11:09 (UTC+04:00)

Mərkəzi Bankın aylıq statistik hesabatına əsasən, aprel ayında Azərbaycanda ümumilikdə 735 milyon manatlıq nağdsız ödəniş həyata keçirilib. Həmin məbləğin əsas hissəsi - 380 milyon manatı elektron ticarətin payına düşüb.

Nağdsız ödənişlərin 42 milyon manatı bankomatlar, 311 milyon manatı isə POS-terminallar vasitəsilə reallaşdırılıb.