Aprel ayında debet və kredit kartları ilə 2 milyard 710 milyon manatlıq əməliyyat aparılıb

2021.06.02 13:28 (UTC+04:00)

Mərkəzi Bankın aylıq statistik hesabatına əsasən, aprel ayında ölkədə istifadə edilən bank kartlarının sayı 9 milyon 769 min ədəd olub.
Martda 3 milyon 458 min ədəd olan sosial kartların sayı apreldə 3 milyon 514 minə, martda 2 milyon 599 min ədəd olan əməkhaqqı kartlarının sayı isə apreldə 2 milyon 606 minədək artıb.

Apreldə debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların ümumi həcmi 2 milyard 710 milyon manat təşkil edib.