Yanvar-aprel aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq 6 milyard 723,1 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumatda bildirilir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 3 milyard 545,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,7 faiz azalaraq 3 milyard 177,4 milyon manata bərabər olub. İstehlak məhsullarının 38,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 45,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.