Apreldə Azərbaycandan 27,8 milyon dollar dəyərində pambıq mahlıcı ixrac edilib

2021.06.01 16:30 (UTC+04:00)

Cari ilin aprel ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında pambıq mahlıcı (27,8 milyon ABŞ dolları) birinci, qızıl (21,2 milyon dollar) ikinci, pomidor (21 milyon dollar) üçüncü yerdə qərarlaşıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında deyilir.