Mərkəzi Bankın valyuta ehtiyatları artıb

2021.06.01 16:21 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

AMB-nin valyuta ehtiyatları iyunun 1-nə 6 milyard 460,4 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 92,8 milyon dollar çoxdur.