Cari ildə qeyri-neft sektoruna aid ən çox məhsul Türkiyəyə ixrac edilib

2021.06.01 14:40 (UTC+04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycandan qeyri-neft sektoruna aid ən çox məhsul Türkiyəyə ixrac olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilir ki, cari ilin ilk dörd ayında Türkiyəyə 216,2 milyon, Rusiyaya 188,5 milyon, İsveçrəyə 68,2 milyon, Gürcüstana 53,5 milyon və ABŞ-a 23 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac edilib.