“Light” neftinin qiyməti 2,5 ilin maksimumuna yüksəlib

2021.06.01 13:57 (UTC+04:00)

“Light” markalı xam neftin bir barelinin qiyməti Nyu-Yorkun NYMEX birjasında 2018-ci ilin oktyabrından indiyədək maksimumum səviyyəyə çatıb.

“Light”ın bir bareli 68,31 dollara, “Brent” neftinin bir bareli isə London birjasında 70,90 dollara satılır. Neft qiymətləri həftənin əvvəlindən 1,4 faiz bahalaşıb.

Qeyd edək ki, neft qiymətləri bu gün keçiriləcək OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (“OPEC+”) Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 30-cu iclası, eləcə də “OPEC+” nazirlərinin 17-ci toplantısı fonunda bahalaşır.

“OPEC+” koalisiyasının iyul ayında da əvvəlki qərarı tətbiq edəcəyi və hasilatın tədricən artırılacağı gözlənilir.