Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən may ayı ərzində valyuta hərraclarında 312,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Xatırladaq ki, Neft Fondu aprel ayındakı valyuta hərraclarında 509,9 milyon dollar satmışdı.
ARDNF tərəfindən keçən il ərzində isə valyuta hərraclarında 7 milyard 303,64 milyon dollar vəsait satılıb.