Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqi açıqlanıb

2021.06.01 12:07 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) cari ilin yanvar-aprel ayları ərzində qeyri-neft sektoru üzrə Azərbaycanın qeyri-dövlət ixracatçı subyektlərinin adlarını açıqlayıb.

İİTKM-in “İxrac İcmalı”nın may sayında bildirilir ki, ilin ilk 4 ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda bu şirkətlər təmsil olunur: “MKT İstehsalat Kommersiya” MMC, “P-Aqro” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi, “Baku Steel Company” MMC, “Sun Food” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Metal Trader LTD” MMC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, “Critical Fruit” MMC və “Aqrovest” MMC.