Cari ildə Azərbaycanda ən çox ixrac əməliyyatları yanvarda aparılıb.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu il ixrac əməliyyatlarının ən yüksək göstəricisi aprel, ən aşağı göstəricisi isə fevralda qeydə alınıb. Belə ki, apreldə ixrac əməliyyatları 2 milyard 226,3 milyon ABŞ dolları, fevralda isə 1 milyard 163,9 milyon dollar təşkil edib.
Qeyd edək ki, bu il ölkədə ixracın dəyəri 6 milyard 364,3 milyon dollar olub.