2021-ci ilin yanvar-aprel aylarında Bakı şəhərinin tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 66 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,8 faizini əsaslı təmir, 5,5 faizini cari təmir, 22,7 faizini isə digər tikinti işləri təşkil edib.
Bakı şəhər Statistika İdarəsindən bildirilib ki, ümumi inşaat işlərinin 89,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.