KOBİA-nın “Telegram” kanalı istifadəyə verilib

2021.05.31 17:03 (UTC+04:00)

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Telegram” kanalı fəaliyyətə başlayıb.

KOBİA-dan bildirilib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adlı rəsmi “Telegram” kanalında agentliyin fəaliyyəti, sahibkarlara göstərdiyi dəstək və xidmətlər, o cümlədən “KOB Dostu” şəbəkəsi, KOB inkişaf mərkəzləri (KOBİM) və KOB evləri ilə bağlı yeniliklər, təşkil olunan təlimlər, müsabiqələr, elanlar və sahibkarlıq fəaliyyyəti ilə bağlı digər vacib xəbərlər paylaşılacaq. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək.

“Telegram” tətbiqini smart cihazlara yükləməklə “https://t.me/smbgovaz ” kanalına abunə olmaq mümkündür.

Qeyd olunub ki, KOBİA sosial şəbəkələr vasitəsilə kommunikasiyaya xüsusi önəm verir. Agentliyin “Telegram” kanalı ilə yanaşı, “Facebook”, “İnstagram”, “Linkedin”, “Twitter” və “Youtube” sosial şəbəkələrində də səhifələri fəaliyyət göstərir.