Azərbaycan apreldə 3,2 milyard dollarlıq ticarət əməliyyatları aparıb

2021.05.31 17:14 (UTC+04:00)

Apreldə Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 3 milyard 224,9 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının ümumi dəyərinin 998,4 milyon dolları idxalın, 2 milyard 226,4 milyon dolları isə ixracın payına düşüb.