Aprel ayında Azərbaycanın ümumi ixracı 3,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 195,4 milyon dollar dəyərində olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilib ki, ötən ay qeyri-neft sektoruna aid ən çox məhsul ixrac edilən ölkələrin siyahısında Rusiya birinci (58,7 milyon dollar) yerdə qərarlaşıb. Bu siyahıda Türkiyə ikinci (53,2 milyon dollar) və İsveçrə üçüncü (23,3 milyon dollar) olub.