Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb

2021.05.31 13:26 (UTC+04:00)

Yanvar-aprel aylarında mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 2755,6 kiloqram olub.

Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz artıb.

Mayın 1-nə olan vəziyyətə əsasən, 431,3 kiloqram hazır məhsul ehtiyatı qalıb.