Əsas kapitala yönəldilmiş vəsaitin 37,8 milyon manatı informasiya və rabitə sahəsinə xərclənib

2021.05.31 12:25 (UTC+04:00)

Cari ilin yanvar-aprel aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 1 faizi informasiya və rabitə sahələrində xidmətlərin göstərilməsinə sərf olunub.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, əsas kapitala yönəldilmiş vəsaitin 37,8 milyon manatı informasiya və rabitə sahəsinin, o cümlədən 36,6 milyon manatı rabitənin payına düşüb. Bu da ötən ilin müvafiq ayları ilə müqayisədə 7,4 faiz azalma deməkdir.