Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr

2021.05.31 16:59 (UTC+04:00)

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Türkiyə, Rusiya, İsveçrə, Gürcüstan və ABŞ qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, dörd ayda Türkiyəyə 216,2 milyon ABŞ dolları, Rusiyaya 188,4 milyon dollar, İsveçrəyə 68,1 milyon dollar, Gürcüstana 53,4 milyon dollar, ABŞ-a isə 23 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.