Azərbaycan ilə Türkiyə arasında nəqliyyat, telekommunikasiya və peyk xidmətləri məsələləri müzakirə edilib

2021.05.31 11:17 (UTC+04:00)

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə iki ölkə arasında avtomobil nəqliyyatı ilə tranzit yükdaşımaları, dəmir yolu nəqliyyatı, kombinə edilmiş beynəlxalq yükdaşımaları, mülki aviasiya, telekommunikasiya və peyk xidmətləri sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Eyni zamanda, yeni layihələrin həyata keçirilməsi istiqamətində atılacaq birgə addımlara dair geniş fikir mübadiləsi aparılıb.