103 illik şərəf tariximiz...

2021.05.28 12:00 (UTC+04:00)

Uzun illərdən sonra ilk dəfə bu günü - 28 may Respublika Gününü bütün, bütöv Azərbaycan, qürurlu, şərəfli, qalib xalq kimi qeyd edirik. 103 il bundan öncə Şərq və müsəlman dünyasının ilk Cümhuriyyətini quran xalqımızın böyük oğulları şüurumuza, düşüncəmizə elə bir yanğı, elə bir sevda, müstəqillik məfkurəsi qatdılar ki, onilliklər ərzində imperiya siyasəti bu sevdanı nəinki unutdura, azalda belə bilmədi.

Cümhuriyyətimizin yaranmasının 103-cü ilində dövlət müstəqilliyimizin 30-cu ilini yaşayırıq. Tarix bir əsrdə xalqımıza iki dəfə dövlət qurmaq, azadlıq qismət edib.

Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, xalqımızın ədaləti, mərdliyi hesabına qazandığımız müstəqilliyimiz əbədi olsun.

Bayramımız - Respublika Günümüz mübarək!

Anar ƏLİYEV,
tarix üzrə fəlsəfə doktoru