Yanvar-mart aylarında Azərbaycana idxal olunan məhsulların 18 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, idxalın 66,5 faizini avtomobil, 11,7 faizini hava, 3,5 faizini dəniz nəqliyyatı, 0,3 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilən yüklər təşkil edib.