Daxili bazar istehsalçılarının mənafelərinin qorunmasına və aksizli məhsullar sektorunda şəffaflaşdırmaya yönəlmiş islahatlar öz nəticəsini göstərir.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“2021-ci ilin 3 ayında ötən ilin eyni dövrü ilə müqayisədə şərab və şərab materialları istehsalında 30,9 faiz, pivə istehsalında 32,5 faiz, konyak və konyak materialları istehsalında 10,6 dəfə artım müşahidə olunur”, - deyə nazir qeyd edib.