Azərbaycanda iqtisadi artımın əsas hərəkətverici amili neft sektorundan qeyri-neft sektoruna transformasiya olunur. 2021-ci ilin 3 ayında istehsalçılar üzrə tütün məmulatlarının vergiyə cəlb olunan miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 94,1 faiz artıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, tütün məmulatları istehsalçılarının dövriyyəsində isə 82,4 faiz artım var. Ödənilmiş aksiz vergilərinin məbləği əvvəlki illə müqayisədə 54,1 faiz çoxdur.