Azərbaycan MDB ölkələrindən ən çox Rusiyaya məhsul göndərib

2021.05.27 15:58 (UTC+04:00)

Cari ilin yanvar-aprel aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarusdur. Rusiyaya ixrac olunan məhsulların dəyəri 197,7 milyon ABŞ dolları, Ukraynaya 178,4 milyon dollar, Belarusa isə 122,9 milyon dollar olub.